Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada baş vermiş partlayışla bağlı toplantı keçirir.
Moderator.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir Əhməd Davudoğlu Belçikanın paytaxtı Brüsselə səfərini təxirə salaraq toplantıya qatılıb.
İclasda terror hadisəsi və bunun nəticəsində yaranan vəziyyət, ölkəyə qarşı olan bu terror təhdidləri daha geniş formada müzakirə olunacaq.
Qeyd edək ki, Ankarada hərbi maşınların partlaması nəticəsində 18 nəfər ölüb, 45 nəfər yaralanıb.






























































































