“Vardanyan ermənilərin özləri üçün problemdir”- AÇIQLAMA

Hazırda oxunan: “Vardanyan ermənilərin özləri üçün problemdir”- AÇIQLAMA

121960

“Qarabağdakı ermənilərdə belə bir əminlik yaranıb ki, nə qədər ki, Robert Vardanyan Qarabağdadır onları yaxşı heç nə gözləmir”. 

Bizim.Media-ya açıqlamasında Millət vəkili, politoloq Elman Nəsirov belə deyib.

O bildirib ki, Moskvanın layihəsi olan milyarder-avantürist Robert Vardanyanın Qarabağa gəlişi nəticə etibarı ilə bu ərazidə vəziyyətin daha da gərginləşməsinə səbəb olub.

“Artıq 73-cü gündür ki, azərbaycanlı eko fəallarının Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir. Ermənilər bir qədər gec də olsa reallıqları qəbul etmək zorundadırlar. Çünki, ermənilər Azərbaycan prezidentinin çıxışlarını çox diqqətlə izləyirlər. Və çox gözəl də bilirlər ki, Prezident İlham Əliyevin sözü ilə əməli tam üst-üstə düşür. Dedisə mütləq o olacaq.

Azərbaycan Prezidenti də deyib ki, Vardanyan kimi korrupsioner, avantüristlə hər hansı bir ünsiyyətdən söhbət gedə bilməz. Amma Qarabağdakı qalıb Azərbaycan qanunları ilə yaşamaq istəyən ermənilərlə danışıqlara hazırıq”.

Politoloq onu da əlavə edib ki, Azərbaycan Prezidentinin Münhendəki son çıxışından sonra ermənilər qəti əmin oldular ki, Vardanyanın Qarabağda qalması onların əleyhinə işləyən faktordur:

“Və maksimum qısa zamanda onlar Vardanyandan qurtulmaq istəyirlər. Çünki, onun mövcudluğu  Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarına bir əngəldir. Üstəlik, Vardanyan ermənilərin özləri üçün də bir problemdir. Çünki, o həm Paşinyanla, həm də Arutyunyanla yola getmədi. Bu vəziyyətdə isə ən zəif həlqə Vardanyandır. Təsadüfi deyil ki, erməni mətbuatı ötən gün yazdı ki, Arutyunyan Vardanyanın yaxın bir neçə gündə yola salınacağını deyib. Bir sözlə Vardanyan gəldiyi yollada geri dönür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin