Milli Müdafiə naziri Hulusi Akar Kahramanmaraşda və digər vilayətlərdə baş verən zəlzələ nəticəsində 100 əsgərin həyatını itirdiyini, 66 əsgərin yaralandığını deyib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “ensonhaber.com” saytı yayıb.
O, eyni zamanda 1 baş leytenantın və 1 leytenantın itkin düşdüyünü bildirib.
Xatırladaq ki, Türkiyə tarixinin ən böyük fəlakətini fevralın 6-da yaşayıb. Ardıcıl olaraq 7,7 və 7,6 bal gücündə baş verən zəlzələlər 11 əyaləti dağıdıb.
Minlərlə vətəndaşın dağıntılar altında həlak olduğu faciəli hadisənin ilk anlarından əsgərlər kazarmalarını tərk edərək zəlzələ bölgələrinə gediblər.
Bölgələrdə ərzaq paylanmasından tutmuş dağıntıların təmizlənməsinə qədər hər sahədə iştirak edən əsgərlər zəlzələ qurbanlarını bir an belə tək qoymayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:07 / 22.02.2023
Hulusi Akar zəlzələdə 2 zabitin itkin düşdüyünü açıqladı - VİDEO
Hazırda oxunan: Hulusi Akar zəlzələdə 2 zabitin itkin düşdüyünü açıqladı - VİDEO
Hazırda oxunan: Hulusi Akar zəlzələdə 2 zabitin itkin düşdüyünü açıqladı - VİDEO
121957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.