Azərbaycan və Britaniya arasında sərhəd mühafizəsi barədə danışıqlar APARILDI - FOTO 

Hazırda oxunan: Azərbaycan və Britaniya arasında sərhəd mühafizəsi barədə danışıqlar APARILDI - FOTO 

121934

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti Azərbaycana səfəri çərçivəsində Dövlət Sərhəd Xidməti (DSX) rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqovla görüşüb. 

Bu barədə Bizim.Media-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib. 

Görüşdə Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Birləşmiş Krallığın müvafiq qurumları arasında sərhəd təhlükəsizliyinin müxtəlif sahələrində həyata keçirilmiş əməkdaşlıq qeyd edilib, sərhəd mühafizəsi, o cümlədən dəniz təhlükəsizliyinin təmin olunması barədə fikir mübadiləsi aparılıb. 

Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış parlaq Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, işğaldan azad edilmiş ərazilərdə hazırda dövlət sərhədinin mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib. 

İkitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından bu kimi səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, gələcəkdə qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub. 

Səfər müddətində qonaqlar DSX-nin Sahil Mühafizəsinin Baş Komanda-nəzarət, Gəmi İnşası və Təmiri mərkəzləri, eləcə də 2-ci dərəcəli sərhəd gözətçi gəmisinin texniki imkanları ilə tanış ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin