Odessa qubernatoru Mixail Saakaşvili Ukrayna Ali Radasında dünən keçirilən səsverməyə facebook hesabında münasibət bildirib.
Saakaşvilinin fikrincə, ölkədə “oliqarx çevrilişi”x9d və ya “restavrasiya”x9d baş verib.xa0
Qubernator “Petro Poroşenko Bloku”x9dna müraciət edərək onu koalisiyadan çıxan “Batkivşina”x9d və bunu yaxın günlər üçün planlaşdıran “Samopomoşi”x9d fraksiyalarından nümunə götürməyə çağırıb. Saakaşvili bildirib ki, əgər Poroşenkonun bloku koalisiyada qalarsa, bu, Yatsenyuk hökumətinin istefası üçün səs verən deputatlarının da üzərinə kölgə salacaq.(“Qafqazinfo”x9d)



































































































