Duma Rusiyanın qadağan olunmuş silahlarla bağlı öhdəliyini dayandırması qanununu QƏBUL ETDİ

Hazırda oxunan: Duma Rusiyanın qadağan olunmuş silahlarla bağlı öhdəliyini dayandırması qanununu QƏBUL ETDİ

121897

Dövlət Duması Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində (START) iştirakının dayandırılması haqqında qanunu qəbul edib.

Bizim.Media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin tərəfindən parlamentin aşağı palatasına təqdim olunan müvafiq qanun layihəsinə baxılıb və qanun qəbul olunub.

Qeyd edək ki, dünən Putin Federal Məclisə müraciətində Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində iştirakını dayandırdığını açıqlayıb. O, ölkəsinin bu müqavilədən çıxmadığını, sadəcə iştirakını dayandırdığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin