Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa və Şimali Amerika regionu üzrə Dövlət naziri Leo Dokerti xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə britaniyalı nazir "Twitter" hesabında məlumat verib.
"Mən Böyük Britaniyanın mühüm ticarət və enerji tərəfdaşı olan Azərbaycanda, Bakıdayam.
XİN rəhbəri Ceyhun Bayramov ilə söhbətimdə Böyük Britaniyanın regionda sülh və təhlükəsizliyə sadiqliyini bir daha vurğuladım", - deyə Dokerti qeyd edib.
Bizim.Media
I’m in Baku, Azerbaijan ??- an important trade and energy partner of the UK.
— Leo Docherty MP (@LeoDochertyUK) February 22, 2023
In my conversation with FM @Bayramov_Jeyhun I underlined the UK’s commitment to peace and security in the region. pic.twitter.com/TF6OHiqtC0