Maksim Qalkindən Bakıda Hacı Nuran və “Prius” haqda zarafat

Hazırda oxunan: Maksim Qalkindən Bakıda Hacı Nuran və “Prius” haqda zarafat

121879

Məşhur rusiyalı parodist, komediya ustası, teleaparıcı, kinoaktyor və müğənni Maksim Qalkin Bakı Konqres Mərkəzində böyük solo konsert verib.

Bizim.Media xəbər verir ki, tamaşaçıları salamlayan sənətçi 20 ildir Azərbaycanın paytaxtında çıxış etdiyini deyib. O, zala toplaşanlarla Azərbaycan dilində söhbət edib.

M.Qalkin qeyd edib ki, onun üçün Azərbaycan dilini öyrənmək müasir rus artistlərini parodiya etməkdən daha asandır.

O vurğulayıb ki, pasport yoxlaması zamanı ondan Bakıya gəlişinin məqsədi soruşulmayıb. Ancaq özü təbəssümlə əsas məqsədin “yemək!” olduğunu bildirib və zarafatla bu dəfə Bakıya Hacı Nuranla şəkil çəkdirmək üçün gəldiyini əlavə edib. 

Sənətçi pik saatlarda Bakıda “Toyota Prius”la gəzintisini ekstremal adlandırıb. Parodist azərbaycanlı müğənni Jony (Cahid Hüseynov) haqqında da danışıb və onun heyrətamiz səsə malik olduğunu bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin