Zəlzələdə dağılan binalarla bağlı 6 podratçı SAXLANILDI 

Hazırda oxunan: Zəlzələdə dağılan binalarla bağlı 6 podratçı SAXLANILDI 

121810

İstanbul Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi qrupları, Kahramanmaraşda baş verən zəlzələlər zamanı dağılan binalarla bağlı Qaziantəp və Malatya Respublika Prokurorluqlarının başlatdığı araşdırmalar çərçivəsində İstanbulda 6 podratçını saxlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb. 

Məlumata görə, zəlzələdə dağılan Doğansoy binasının podratçısı, Şadoğlu, Serap, Zorlu, Bahçelioğlu və Mazıcı binalarının podratçısı polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə aparılıb. 
Doğansoy və Şadoğlu binalarının binasının podratçıları həbs edilib. 

Dİgərləri isə ölkədən çıxışa qadağa qoyulması və müəyyən fasilələrlə polis bölmələrinə imza atmağın daxil olduğu məhkəmə nəzarəti müddəaları ilə azadlığa buraxılıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin