ABŞ-ın 39-cu prezidenti ikinci dəfə "Qremmi" aldı

Hazırda oxunan: ABŞ-ın 39-cu prezidenti ikinci dəfə "Qremmi" aldı

121696
ABŞ-ın 39-cu prezidenti Cimmi Karter “Qremmi”x9d mükafatına layiq görülüb.

Moderator.az “dw.com”x9d-a istinadən xəbər verir ki, Karter " "Tam həyat: 90 yaşında düşüncələr" kitabının audio versiyasına görə bu mükafata layiq görülüb.xa0

ABŞ-ın 39-cu prezidentinin kitabında onun uşaqlığından, ailəsindən, sualtı qayıqdakı hərbi xidmətindən və siyasi karyerasından söhbət açılır.xa0

Karteri “Qremmi”x9d heykəlciyi ilə onu xərçəng xəstəliyindən müalicə olunduğu xəbərindən bir neçə ay sonra mükafatlandırıblar. 91 yaşlı siyasətçi mükafat mərasimində iştirak etməyib.

“Qremmi”x9d mükafatına sabiq prezident ikinci dəfədir layiq görülür. İlk dəfə o, 2007-ci ildə eyni kateqoriyada “Bizim dəyərlərimiz təhlükə altındadır: Amerikada mənəvi böhran”x9d kitabının audio versiyasına görə bu müakafata layiq görülüb.

Cimmi Karter “Qremmi”x9d mükafatına layiq görülən ilk ABŞ prezidenti deyil. Əvvəllər ““danışıq üslubunda”x9d ən yaxşı albom”x9d nominasiyasında bu mükafatı Bill Klinton və Baraka Obama alıb. Bu heykəlciyə Demokrat Partiyasından olan və prezident vəzifəsinə namizəd xanım Hillari Klinton da layiq görülüb.

58-ci “Qremmi”x9d mükafatının mərasimi bazar ertəsi günü keçirilib. Qaliblər arasında amerikalı pop müğənnisi Teylor Svift ( “ən yaxşı pop albom”x9d ) və britaniyalı musiqiçi Ed Şiran ( “ən yaxşı mahnı”x9d ) olublar. Repçi Kendrik Lamar beş nominasiyada mükafat qazanıb - “ən yaxşı rep mahnı”x9d və “ən yaxşı rep performansı”x9d. Ən yaxşı rok albom mükafatını “Muse”x9d qrupu “Drones”x9d-ə görə alıb.

“Qremmi”x9d mükafatı ”” ABŞ səsyazma şirkətləri Assosiasiyası tərəfindən 14 mart 1958-ci ildə təsis olunan və Amerika səsyazma akademiyası tərəfindən təqdim edilən musiqi mükafatıdır.

2012-ci ilədək mükafat 108 kateqoriya və 30 fərqli musiqi tərzini əhatə etsə də, həmin il edilən dəyişiklikdən sonra mükafat 78 kateqoriyada verilir. Mükafatın adı qramofon aparatının adının qısaltma-əzizləmə formasındakı adıdır.

31 Qremmi mükafatı ilə Georg Solti ən çox “Qremmi”x9d alan artist hesab olunur. Alison Krauss 27 mükafat ilə qadınlar arasında ilk yerdə durur. “U2”x9d qrupu , 22 mükafatla ən çox “Qremmi”x9d alan qrup olaraq qalır.

Ramil Həsənlixa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin