Ağ Ev Baydenin Kiyevə səfərini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bununla bağlı rəsmi bəyanat yayılıb.
Bəyanatda deyilir ki, Ukraynaya yeni silahlar tədarük ediləcək və bu həftə Rusiyaya qarşı tətbiq olunacaq yeni sanksiyanın mətni açıqlanacaq.
Xatırladaq ki, bu gün ABŞ prezidenti Co Bayden gözlənilmədən Kiyevə gəlib.
“Reuters”in məlumatına görə, ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinə 500 milyon dollar dəyərində HIMARS, sursat, tank əleyhinə sistemlər və radarlar daxil olacaq.
Bizim.Media