Xameneinin qəzeti uyğurları terrorçu adlandırdı

Hazırda oxunan: Xameneinin qəzeti uyğurları terrorçu adlandırdı

121481

İranın ali dini rəhbəri Əli Xameneiyə birbaşa bağlı olan "Keyhan" qəzeti uyğur türklərini terrorçu adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb. 

İbrahim Rəisinin Çinə səfəri zamanı uyğur müsəlmanlarına qarşı repressiyalara toxunmaması barədə tənqidlərə cavab olaraq “Keyhan” belə yazıb:

“Onlar terror qrupudurlar, Britaniya, ABŞ və İsraillə əlaqəlidirlər”.

Qeyd edək ki, “Keyhan” qəzetinin baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub.
Burada gedən yazılar Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin