İranın Aviasiya Sənayesi Təşkilatı (IAIO) martın 21-dən başlayaraq qarşıdan gələn günəş ilində “Qaher” adlı yeni pilotsuz döyüş təyyarəsini təqdim edəcək.
Bizim.Media xəbər verir ki, informasiya “tehrantimes.com” saytında yerləşdirilib.
Mənbə yazır ki, bu barədə briqada generalı Afşin Hajefard şənbə günü televiziyaya müsahibəsi zamanı danışıb.
Onun sözlərinə görə, döyüş təyyarəsini IAIO təşkilatı yaradıb və bu konsepsiya ilk olaraq on il əvvəl mediada müzakirə olunub.
O, daha sonra bildirib ki, “Qaher” layihəsi tam texnoloji yetkinliyə sahibdir:
“Təşkilat çoxlu sayda belə məhsullar buraxacaq. Növbəti təqvim ilinin ortalarınadək bu təyyarənin yeni versiyaları silahlı qüvvələrə veriləcək. Gələcəkdə “Qaher” layihəsi çərçivəsində dronlar da (pilotsuz uçuş aparatı) buraxılacaq.Hajefard onu da vurğulayıb ki, sanksiyalara baxmayaraq, İran müstəqil olaraq aksesuarları istehsal edə və kommersiya təyyarələrini təmir edə bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:16 / 20.02.2023
İran yaxın aylarda yeni pilotsuz döyüş təyyarəsini istifadəyə verəcək
Hazırda oxunan: İran yaxın aylarda yeni pilotsuz döyüş təyyarəsini istifadəyə verəcək
Hazırda oxunan: İran yaxın aylarda yeni pilotsuz döyüş təyyarəsini istifadəyə verəcək
121480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.