Türkiyənin 71 bölgəsində tədris bərpa OLUNDU

Hazırda oxunan: Türkiyənin 71 bölgəsində tədris bərpa OLUNDU

121469

Türkiyədə baş vermiş zəlzələ səbəbindən 71 bölgədə tədrisin dayandırılmasından sonra bu gün ilk dərs günü başlayıb.

Bizim.Media "Anadolu Agentliyi" nə istinadən xəbər verir ki, zəlzələ bölgəsində isə yardım və sığınacaq ehtiyacı ilə bağlı tədbirlərin görülməsi və dəymiş zərərin müəyyənləşdirilməsi istiqamətində işlərin fevralın sonuna qədər başa çatdırılması planlaşdırıldığı üçün dərslərin martın 1-dən başlaması planlaşdırılır.

Sözügedən bölgələrdə tədrisə yararlı məktəblərdə veriləcək qərarlara görə uyğun tədris prosesinə başlanılacaq. Bu istiqamətdə müvafiq tədbirlər görülür.

Qeyd edək ki, Türkiyədə 2022-2023-cü tədris ili üzrə birinci yarımil yanvarın 20-də başa çatmışdı və fevralın 6-da ikinci yarımil üzrə tədrisə başlanılacaqdı. Lakin Kahramanmaraşda fevralın 6-sı baş vermiş zəlzələ səbəbindən tədrisin başlaması fevralın 20-dək təxirə salınmışdı.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin