Gürcüstanda son iki gündə 5 zəlzələ olub

Hazırda oxunan: Gürcüstanda son iki gündə 5 zəlzələ olub

121365

Fevralın 19-da Gürcüstanda 3 zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilir ki, birinci zəlzələ bu gün saat 06:27-də Ozurqeti bələdiyyəsinin Kvaçalati kəndində 3,6 bal gücündə olub. İkinci zəlzələ isə bir qədər sonra Gomismta kurortunda baş verib - 3 bal.

Daha bir zəlzələ Çoxatauri bələdiyyəsinin Bukinar kəndində 3,1 bal gücündə qeydə alınıb.

Qeyd edək ki, fevralın 18-də episentri Dmanisi bələdiyyəsinin Məmişlər kəndidə olmaqla, ard-arda 3 bal gücündə iki zəlzələ baş verib.

Son 10 gün ərzində Gürcüstan və Acarıstan MR ərazisində 7 zəlzələ qeydə alınıb.

Məlumat üçün bildirək ki, Gürcüstanda 2022-ci il fevralın 13-də baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində 60-dan çox evə və inzibati binaya ciddi ziyan dəymişdi.

Gürcüstanda sonuncu dəfə ən güclü zəlzələ isə 1991-ci ildə Raça və İmereti bölgələrində 7 bal gücündə qeydə alınıb. Zəlzələnin episentrində yeraltı təkanların gücü 9 bal olmuşdu. O zaman 200 nəfər ölmüş, 46 minə yaxın evə və sənaye obyektinə ziyan dəymişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin