Ruben Vardanyan istefaya göndərilir - Rəsmi Bakının şərtləri qəbul edilir

Hazırda oxunan: Ruben Vardanyan istefaya göndərilir - Rəsmi Bakının şərtləri qəbul edilir

121364

Qarabağdakı qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın istefası ilə bağlı müəyyən müzakirələr var.

Bizim.Media xəbər verir ki, bu barədə “İnfoport” nəşrinə Xankəndidəki “parlament”də yer alan “Azad Vətən - Xristian Demokratik Birliyi” fraksiyasının rəhbəri Artur Arutyunyan bildirib.

Onun sözlərinə görə, müzakirələrin nəticələri yaxın günlərdə bəlli olacaq.

“Armenian Life” Telegram kanalı mövzu ilə bağlı bunları yazıb:

“Ruben Vardanyanın istefası o deməkdir ki, Arayik Arutyunyan rəsmi Bakının şərtlərini qəbul edib”.

Ruben Vardanyan isə “vəzifədə” olduğu 100 günlə bağlı Telegram kanalında paylaşım edib. O, Qarabağa gəlişini uzun yolun başlanğıcı adlandırıb və əlindən gələn hər şeyi edəcəyini deyib.

Yeri gəlmişkən, onun nə edəcəyindən asılı olmayaraq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır.

Sülh müqaviləsindən sonra üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərə və Xocavənddə dalğalanacaq. Bunun qarşısını nə Ruben Vardanyan, nə Qarabağdakı separatçı qurumun “rəhbəri” Arayik Arutyunyan, nə Ermənistanın baş naziri Nikol Paşinyan, nə də “onun bacısı” Fransa prezidenti Emmanuel Makron kəsə biləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin