Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Kahramanmaraşda yerləşən daha üç müxtəlif ünvanda növbəti çadır şəhərcikləri salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatda qeyd olunur ki, çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil olunub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir.
Bizim.Media