Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələdən zərər çəkənlərə yardımlarla bağlı Azərbaycan və digər ölkələrə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, türkiyəli nazir bu barədə özünün “Twitter” hesabında paylaşım edib.
“Dost dar gündə tanınar, təşəkkürlər”, - deyə nazir axtarış-xilasetmə işlərini əks etdirən video paylaşaraq şərh yazıb.
Qeyd edək ki, Çavuşoğlu, jurnalistlərə açıqlamasında 88 ölkənin zəlzələnin yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı Türkiyəyə yardım etdiyini, 23 ölkənin xilasediciləri vəzifəsini tamamlayaraq geri döndüyünü və 65 ölkənin nümayəndələrinin hələ də bölgədə xidmətlərini davam etdirdiklərini bildirib.
Bizim.Media
Dost kara günde belli olur!
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) February 17, 2023
Şükranla…
A friend in need is a friend indeed!
We are grateful… pic.twitter.com/tgJ5ZF9I3D