Hindistanda Yadav ailəsi öz qızları Ranjananın ölüm əmrini verib.
Bizim.Media trtrussian.com saytına istinadən xəbər verir ki, bu barədə məlumatı “Outlook India” nəşri yayıb.
Mənbə yazır ki, buna səbəb mərhumun bir müsəlman kişiyə aşiq olması və onunla evlənmək istəyinin olmasıdır.
İnsidentlə bağlı yerli polis idarəsinin sözçüsü mətbuat konfransında bunları deyib:
“Fevralın 4-də Ciqina kəndində gənc bir qadının yarı yanmış cəsədi tapılıb. Yerli polisin, video görüntülərin və polis itlərinin köməyi ilə cəsədin Gorakhpurun Belqat rayonunda yaşayan Ranjana Yadava məxsus olduğu müəyyənləşib".
Qızın atası Kaylaş Yadav Varun Tivari adlı bir killer taparaq qızını öldürmək üçün ona 150.000 rupi verib.
Tivari köməkçiləri ilə birlikdə qurbanı kimsəsiz yerə aparıb, üzərinə benzin tökərək yandırıb.
Cinayətdə istifadə olunan benzin qabı və motosikl Uttar Pradeş ştatının polisi tərəfindən tapılıb.
Polis əməkdaşları deyiblər ki, dəlil və sübutlar qatilin üzə çıxmasına kömək edəcək.
Nəhayət, fevralın 14-də ailə başçısı, eyni zamanda qızın qardaşı Ajit Yadav, kürəkənləri Satyaprakaş Yadav və qohumları Sitaram Yadav tutulub. Onlar hər şeyi etiraf ediblər.
Xatırladaq ki, Uttra Pradeş ştatı islam əleyhinə aparılan kampaniya ilə məşhurdur: dekabr ayında polis müxtəlif dinə sitayiş edən şəxslərin toy mərasimlərini dəfələrlə pozub. Yeni qanuna əsasən hindli qadınlarla evlənən müsəlman bəylər saxlanılıb.
Bizim.Media