Katolik və Pravoslav liderləri xristian dünyasına bir nümunə göstərdi

Hazırda oxunan: Katolik və Pravoslav liderləri xristian dünyasına bir nümunə göstərdi

121125
Proslav kilsəsisnin lideri Krillə Katoliklərin lideri Roma Papası Fredriks xristianlar arasında dialoqun başlanması ilə bağlı nümunə göstərdilər.
 
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bunu Katoliklər konfransı yepiskopunun baş katibi İqor Kovalevskiy deyib.

Onun sözlərinə görə, artıq zaman yetişib ki, ümumdünya sivilizasiyanın aktual problemləri ilə bağlı pravoslavlarla katoliklər birgə çıxış etsinlər.

O deyib ki, bu görüş pravoslavlarla katolik kilsələri arasında böyük addım hesab etmək olar və ona görə də bunun əhəmiyyətini dəyərləndirmək çətindir.

Qeyd edək ki, bu katolik və pravoslav kiləsəsinin liderləri arasında keçirilən ilk görüşdür. Ona görə də ekspertlər bu görüşə böyük önəm verirlər. Xüsusən də indki qlobal geosiyasi, geoiqtosadi böhranlı bir vəziyyətdə. Ekspertlər hesab edir ki, bu  görüş dünya liderlərinə bir mesajdır.

Xatırladaq ki, din liderlərinin görüşü Havanada davam edir. görüşün yekunu olaraq birgə bəyannamə imzalanacaq və dünya xristianlarına müraciət olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin