Makrondan PROQNOZ: “Ukraynada sülh Rusiyanın məğlubiyyətindən asılıdır”

Hazırda oxunan: Makrondan PROQNOZ: “Ukraynada sülh Rusiyanın məğlubiyyətindən asılıdır”

121105

“Rusiya məğlub olmayana qədər Ukraynada sülh olmayacaq” 

Bizim.Media “The Guardian”a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib. 

O Ukrayna ilə Rusiya arasında danışıqların zamanının hələ gəlmədiyini qeyd edib:

“Rusiya müharibəni seçdiyinə görə, ölkələr arasında dialoq zamanı hələ yetişməyib. Rusiya mülki infrastrukturu hədəf seçir və hərbi cinayət törədir. Bu səbəbdən bu ölkənin hücumu uğursuz olmalıdır”. 

Makron həmçinin Rusiya təcavüzünün Ukraynanı dağıtmaq əvəzinə, əksinə daha da möhkəmləndirdiyini və bu səbəbdən də Rusiyanı gələcəkdə məğlubiyyət gözlədiyini qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin