İraq Rusiyadan anlaşma ilə “Pantsir”x9d aldı.
Bu barədə Moderator.az “newsru.co.il”x9d-ə istinadən xəbər verir.
Rusiya İraq ordusuna 20-dən çox “Pantsir-S1”x9d yerüstü zenit raket-top komleksləri çatdırıb. “ИнтерфакÑx81”x9d-ın məlumatına görə, “Rosoboroneksport”x9d xa0İraq silahlı qüvvələrinə silahların çatdırılması ilə bağlı müqavilənin bir hissəsini uğurla yerinə yetirib.
2012-ci ildə Rusiya İraq ilə 4,2 milyard ABŞ dolları dəyərində saziş imzalayıb. Nəzərdə tutulan anlaşmaya görə, 24 “Pantsir-S1”x9d kompleksi və 30 ədəd “Mi-28NE”x9d helikopterləri çatdırılmalıdır. Sonrakı müqavilədə, əsasən, “Mi-35”x9d helikopterləri və “Su-25”x9d təyyarələrinin təchizatı haqqında anlaşma imzalanıb.xa0
Qeyd etmək lazımdır ki, daha sonra müqavilənin ləğvi barədə məlumat yayıldı. Razılaşma Moskvada baş verən korrupsiya qalmaqalı nəticəsində ləğv olundu və müdafiə naziri Anatoliy Serdyukov daxil olmaqla müdafiə nazirliyinin bir neçə rəhbəri vəzifələrindən kənarlaşdırıldı. Bağdad hökumətində anlaşmanın ləğvini xa0korrupsiya ilə bağlı olduğunu bildirdilər. Daha sonra tərəflər bu müqavilənin yerinə yetirilməsi üçün şərtlərlə razılığa gələ bildilər.
“Pantsir”x9d kompleksi 30 mm. ”“lik avtomatik zenit topları və 20 km. məsafədə və 15 km. yüksəklikdə təyyarələri məhv etmək gücünə sahib raketlərlə təchiz olunub.
Tərcümə etdi: Ramil Həsənli.































































































