Dünyada hər il bir milyondan çox zəlzələ baş verir.
Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi məlumat yayıb.
Qeyd edilib ki, şəhər yerlərində baş verən zəlzələlər ən qorxulu təbii fəlakətlərdən biridir. Son 40 ildə zəlzələ dünyada bir milyondan çox insanın ölümünə səbəb olub.
Məlumatda zəlzələdən öncə atılmalı olunan addımlar qeyd edilib:
"Əlaqə vasitələrini və toplaşma məkanını ehtiva edən ailə planı hazırlamaq, simulyasiyalarda iştirak edərək zəlzələ zamanı necə hərəkət etmək lazım olduğunu öyrənmək gərəklidir. Eyni zamanda uşaqlarla zəlzələ baş verdikdə (xüsusilə tək olarlarsa) nə etməli olduqları barədə danışılmalıdır.
Bununla yanaşı zəlzələ zamanı sığınmaq üçün ən təhlükəsiz yerləri və evakuasiya yollarını müəyyənləşdirmək lazımdır. Təmiz su, tez xarab olmayan qidalar, reseptlə satılan dərmanlar, ilkin yardım dəsti, batareyalar, radio və ev heyvanları üçün qida da daxil olmaqla zəruri ehtiyatın olduğundan əmin olmaq lazımdır. Pasport və ya şəxsiyyət vəsiqəsi kimi vacib sənədləri də yanında saxlamaq gərəklidir.
Ərazini tərk etmə ehtimalına qarşı təcili yardım çantası hazırlamaq lazımdır. Fövqəladə hallar üçün əlaqə nömrələrini (təcili yardım, yanğınsöndürmə, polis və s.) qeyd edib götürmək lazımdır. Ailədə hamilə qadın varsa, tibbi sənəd, dərman və digər əşyaları hazır saxlamaq gərəklidir".
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:42 / 17.02.2023
"Zəlzələ dünyada bir milyondan çox insanın ölümünə səbəb olub" - ÜST
Hazırda oxunan: "Zəlzələ dünyada bir milyondan çox insanın ölümünə səbəb olub" - ÜST
Hazırda oxunan: "Zəlzələ dünyada bir milyondan çox insanın ölümünə səbəb olub" - ÜST
121031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.