Dubay əmiri qızını əsir saxlayır

Hazırda oxunan: Dubay əmiri qızını əsir saxlayır

12101

BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Məhəmməd bin Rəşid əl-Məktumun qızı Şahzadə Lətifə atasını onu əsir saxlamaqda ittiham edib.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, Lətifə bunu BƏƏ-yə zorla qaytarılmasından sonra yayımladığı video paylaşımda deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Dubay Şəhzadəsi "Telegram"ın rəhbəri ilə görüşdü - FOTO


O, videomüraciəti hamam otağında çəkərək dostlarına yollayıb. 

Lətifə atasının onun arxasınca göndərdiyi əsgərlərə müqavimət göstərdiyini, ancaq dərmanla yatırıldığını və zorla Dubaya gətirildiyini bildirib.

«Atam məni pəncərəsi və qapısı olmayan qapalı bir villada saxlayır. Villanı polislər mühafizə edirlər»,-deyə o qeyd edib.

Şahzadənin videomesajları “BBC” telekanalına Lətifə üçün azadlıq kampaniyasını başladan şəxslər tərəfindən göndərilib

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin