Latviyada sərxoş sürücülərdən müsadirə edilən avtomobillər Ukraynaya verilə bilər.
Bizim.Media xəbər verir ki, müvafiq təklif ölkənin maliyyə naziri Arvils Aşeradens tərəfindən irəli sürülüb.
Ölkədə müsadirə olunmuş avtomobillər əksər hallarda aşağı qiymətə hərraclarda satılır.
Qeyd olunub ki, qanuna edilən dəyişikliklərlə bu maşınlar Ukraynaya tədarük edilə bilər. Bu addım Ukraynaya yardımın həcmini artırmağa kömək edəcək.
Qeyd edək ki, Latviya hazırda Kiyevə hərbi və humanitar yardım göstərir. İndiyədək Ukraynaya “Stinger” hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, həmçinin iki “Mi-17” helikopteri verilib. Latviyanın Ukraynaya göstərdiyi hərbi yardımın ümumi məbləği 370 milyon avroya çatıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:31 / 17.02.2023
Latviya hökuməti sərxoş sürücülərin maşınlarını Ukraynaya VERƏCƏK
Hazırda oxunan: Latviya hökuməti sərxoş sürücülərin maşınlarını Ukraynaya VERƏCƏK
Hazırda oxunan: Latviya hökuməti sərxoş sürücülərin maşınlarını Ukraynaya VERƏCƏK
120956
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.