Bu ilin mart ayının 10-12-də keçirilməsi planlaşdırılan III Antalya Diplomatiya Forumu (ADF) təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə ADF-nin rəsmi “Twitter” hesabında məlumat verilib.
“Antalya Diplomatiya Forumunun (ADF) ilk iki buraxılışı qlobal və regional məsələləri hərtərəfli müzakirə etmək, dinc dialoqu təşviq etmək üçün səmərəli platforma təqdim etdi. Keçmiş Forumların uğurlarına əsaslanaraq, biz builki buraxılışı martın 10-12-də keçirmək niyyətində idik.
Təəssüflər olsun ki, fevralın 6-da ölkəmizdə əsrin ən dağıdıcı təbii fəlakətlərindən hesab edilən iki dağıdıcı zəlzələ baş vermiş, xalqımızı dərin kədərə qərq etmişdir. Böyük axtarış-xilasetmə işləri, dünyanın hər yerindən olan dostlarımızın humanitar yardımları davam etsə də, bu fəlakətin təsiri böyükdür və hələ uzun müddət ölkədə hiss olunacaq.
Türkiyə üçün indi zərər çəkənlərə kömək etmək və bölgənin yenidən qurulmasına diqqət yetirməyin vaxtıdır. Bu şəraitdə biz ADF-nin üçüncü buraxılışının bu ilin sonuncu rübünə təxirə salınmasını elan etməyə borcluyuq.
Bu çətin anımızda yanımızda olan bütün dostlarımıza səmimi təşəkkürümüzü bildiririk”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media
Press Release Regarding the Postponement of Antalya Diplomacy Forum#ADF2023 pic.twitter.com/fyHYt8Pi9M
— Antalya Diplomacy Forum (@AntalyaDF) February 16, 2023