Ukrayna İtaliyadan kütləvi qırğın silahlarından müdafiə vasitələri istəyib.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Guido Crosetto parlamentinin iclasında danışıb.
Onun sözlərinə görə, Ukraynadan gələn bu cür müraciətlərə “yox” demək çətindir:
“Ukraynada hərbi əməliyyatlar uzanır, Rusiyanın işğal olunmuş əraziləri tərk etmək niyyəti yoxdur”.
Nazir qeyd edib ki, İtaliya enerji şəbəkələrini bərpa etmək üçün Ukraynaya 100 tona yaxın elektrik materialı göndərib:
“İtaliya Ukraynanı təkcə silahla təmin etmir, həm də humanitar yardım göstərir”.
İtaliya diplomatik missiyasının rəhbəri bildirib ki, Rusiya ilə Ukrayna arasındakı dialoqun başlanması üçün rəsmi Romanın iki təklifi var.
Birincisi, Zaporojye atom elektrik stansiyasının ətrafında təhlükəsizlik zonası yaradılmalıdır.
İkincisi isə taxıl müqaviləsi ilə bağlıdır, çünki Ukrayna limanlarından ixrac üçün kanalların gücləndirilməsi tələb olunur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:55 / 16.02.2023
Ukrayna İtaliyadan kütləvi qırğın silahlarından müdafiə vasitələri istəyib – SİRR AÇIQLANDI
Hazırda oxunan: Ukrayna İtaliyadan kütləvi qırğın silahlarından müdafiə vasitələri istəyib – SİRR AÇIQLANDI
Hazırda oxunan: Ukrayna İtaliyadan kütləvi qırğın silahlarından müdafiə vasitələri istəyib – SİRR AÇIQLANDI
120832
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.