İsrailin Təl-Əviv şəhərində Dünya Yəhudilərinin Səyahəti (World Jewish Travel) təşkilatının təşəbbüsü ilə “Yəhudi İpək Yolu” adlı tədbir keçirilib.
Bu barədə Bizim.Media-ya Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.
Tədbirdə iştirakçılara Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova tərəfindən Azərbaycanın çoxillik yəhudi irsi, yəhudi icmasının sıx şəkildə məskunlaşdığı Qırmızı qəsəbə, o cümlədən yəhudi irsinin mövcud olduğu Bakı, Quba, Oğuz, İsmayıllı və digər ərazilər haqqında məlumat verilib.
İştirakçılara Azərbaycanın müxtəlif yerlərində qədim sinaqoqların izlərinin aşkarlandığı və hazırda ölkədə yeddi sinaqoqun fəaliyyət göstərdiyi bildirilib.
Tədbirdə həmçinin, Türkiyə, Gürcüstan, Özbəkistan və Hindistanı təmsil edən nümayəndələr ölkələrindəki yəhudi irsinə dair təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, İpək Yolu üzərində yerləşən və məhz yəhudi mədəniyyətinin çiçəklənməsinə töhfə verən şəhərləri birləşdirən konseptual layihə “Yəhudi İpək Yolu” adlanır. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 14-15 fevral tarixlərində Təl-Əviv şəhərində keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisində ölkəmizin turizm imkanları təqdim olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
04:31 / 16.02.2023
Təl-Əvivdə Azərbaycandakı yəhudi irsinə dair təqdimat keçirildi
Hazırda oxunan: Təl-Əvivdə Azərbaycandakı yəhudi irsinə dair təqdimat keçirildi
Hazırda oxunan: Təl-Əvivdə Azərbaycandakı yəhudi irsinə dair təqdimat keçirildi
120712
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.