Rusiyanın Federal Kosmik Agentliyi (Roskosmos) Türkiyənin Hatay şəhərinin Antakya rayonunda baş verən zəlzələnin təsirinin böyüklüyünü əks etdirən peyk görüntülərini yayımlayıb.
Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Roskosmos məlumat yayıb.
Məlumata görə, Türkiyənin cənub-şərq bölgələrində kosmosdan monitorinq aparılır. Antakyadakı dağıntının miqyasını göstərən görüntülər “Kanopus-V” peykindən çəkilib.
Görüntüləri təqdim edirik:
Bizim.Media