Türkiyə Ermənistanla sərhədi açır – 3-cü ölkə vətəndaşları üçün

Hazırda oxunan: Türkiyə Ermənistanla sərhədi açır – 3-cü ölkə vətəndaşları üçün

120653

Ermənistan və Türkiyə sərhədlərin üçüncü ölkə vətəndaşları üçün açılması işinə yeni təkan vermək barədə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan və Türkiyə arasında münasibətlərin nizamlanması üzrə danışıqlarda Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç “Armenpress”in müxbirinin sualını cavablandırarkən bildirib.

“Üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılmasına gəlincə, nazirimiz çıxışında qeyd etdi ki, bu məsələ ilə bağlı işə yeni təkan vermək üçün razılıq əldə olunub. İki nazir bu razılığa gəliblər və biz Marqara körpüsünün ən qısa zamanda istismara başlaması üçün əlimizdən gələni edəcəyik”, - Türkiyənin xüsusi nümayəndəsi Ermənistan və Türkiyə XİN rəhbərlərinin Ankarada keçirilən görüşünün nəticələrini təqdim edərkən deyib. 

O, həmçinin son vaxtlar atılan addımların yaxın gələcəkdə münasibətlərin normallaşması prosesinə müsbət təsir edəcəyinə əminliyini ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin