Əli Əsədov Dubayda birgə həyata keçirilən layihələrin önəmindən danışıb – FOTO

Hazırda oxunan: Əli Əsədov Dubayda birgə həyata keçirilən layihələrin önəmindən danışıb – FOTO

120600

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 15-də Dubay şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, Baş nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma çatdırıb.

Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum salamlara görə minnətdarlığını bildirərək, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Prezident İlham Əliyevin cari il yanvarın 15-16-da BƏƏ-yə işgüzar səfərinin iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından rolu vurğulanıb.

Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitinin əhəmiyyəti qeyd olunub, Azərbaycanın tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluq ifadə edilib.

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin həm ikitərəfli formatda, həm də beynəlxalq təsisatlar çərçivəsində inkişaf etdiyi vurğulanıb.

Birgə həyata keçirilən və hər iki ölkənin maraqlarına cavab verən layihələrin önəmi qeyd olunub.

Həmçinin Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin