Türkiyədən ABŞ-a: "O ilan sabah sizi də çalacaq"

Hazırda oxunan: Türkiyədən ABŞ-a: "O ilan sabah sizi də çalacaq"

120527
ABŞ-ın bu səhvinə görə çox təəssüflənirik.
Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin “PYD-ni terror təşkilatı olaraq görmürük”x9d açıqlamasına münasibət bildirərkən deyib.
 
Macarıstanda rəsmi səfərdə olan Çavuşoğlu bildirib ki, müttəfiq ölkələr terror təşkilatları ilə bağlı qəti qərar verməlidir:
 
“Bu qayda ilə biz terrora qarşı mübarizə apara bilmərik. İŞİD radikal olduğu üçün pisdir. Amma PKK, PYD Marksist və Leninist ideyaları daşıdığı üçün yaxşıdır. Belə bir anlayış doğrudurmu?  Bunların hamısı terror qruplaşmalarıdır. “O biri yaxşıdır”x9d deyə bilməzsiniz. Avropada bəzi sol təmayüllü partiyalar PKK ilə eyni idealogiyanı daşıdığı üçün onu terror təşkilatları siyahısından çıxarmaq istəyirlər. Terrora qarşı belə mübarizə aparmaq yanlışdır. Mənə toxunmayan terrorçu min yaşasın anlayışı var. “PYD-nin də bizə zərəri yoxdur”x9d deyib, onunla əməkdaşlıq edənlər var. O ilan sabah sizi də çala bilər. Terrorçulara dəstək verən bir çox ölkələr elə terrorçu qruplaşmaları tərəfindən də məhv edilib”x9d.
 
Çavuşoğlu onu da əlavə edib ki, məsələ ilə bağlı dəfələrlə ABŞ Dövlət katibi Con Kerrriyə xəbərdarlıq edilib.(Axar.az )
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin