Kahramanmaraşda yerləşən şüşə qablar mağazası zəlzələdə heç bir xəsarət almayıb.
Bizim.Media İHA-ya istinadən xəbər verir ki, yaşayış binasının birinci mərtəbəsində yerləşən şüşə qablar mağazası zəlzələnin baş verdiyi 6 fevral tarixindən qapalı olsa da mağazada heç bir əşyanın, o cümlədən çini boşqabların belə qırılmadığı diqqət çəkib.
Mağazanın düz qarşı tərəfindəki yaşayış binasının dağıntıları arasında isə axtarış-xilasetmə işləri aparılır.
Mağazanın bu qədər səliqəli şəkildə qalması ətrafdakı insanların marağına da səbəb olub.
Həmin mağazanın görüntülərini təqdim edirik:
Bizim.Media