Xəbər verdiyimiz kimi Türkiyədəki ağır zəlzələdən zərəçəkmiş şəxslərə Azərbaycanın qardaş dəstəyi hələ də davam etməkdədir. Təkcə siravi vətəndaşlarımız deyil, həkimlərimiz də könüllü şəkildə yaralananların müalicəsi üçün Türkiyəyə yollanıblar.
Bizim.Media xəbər verir ki, Azərbaycan Könüllü Həkimlər Assosiasiyası (AKHA) Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə Kahramanmaraş şəhərində mobil səhra hospitalı qurub.
AKHA-dan bildirilib ki, artıq hospitalın ilk xəstəsi qəbul edilib.
Qeyd edək ki, hospitalın tərkibində tibbi anbar, ambulator şöbə, 4 çarpayılıq intensive şöbə, 6 çarpayılıq palata, 4 çarpayılıq reanemasiya şöbəsi, 2 cərrahi masalı cərrahi blok təchiz edilib.
Bizim.Media