Könüllü Həkimlər Assosiasiyası FHN-lə birgə Kahramanmaraşda səhra hospitalı qurdu - FOTO 

Hazırda oxunan: Könüllü Həkimlər Assosiasiyası FHN-lə birgə Kahramanmaraşda səhra hospitalı qurdu - FOTO 

120457

Azərbaycan Könüllü Həkimlər Assosiasiyası (AKHA) Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərində mobil səhra hospitalı qurub. 

Bizim.Media xəbər verir ki, hazırda AKHA-nın 15 nəfərlik könüllü həkimləri artıq 4 gündür ki, Kahramanmaraşda FHN-in tərkibində hospitalda fəaliyyət göstərir.  
 

MÖVZU İLƏ BAĞLI:

Könüllü həkimlərimiz Kahramanmaraşda Selçuk Bayraktarla bir ARADA - FOTO


Burada ümumi cərrah, uşaq cərrahı, travmatoloq və anestezioloq- reanimatoloq fəaliyyət göstərir.  

Qurulmuş mobil səhra hospitalında cərrahiyə, reanimasiya və intensiv terapiya blokları var.  

Ayrıca bir çadırda ambulator cərrahiyə üçün nəzərdə tutulmuş blok yaradılıb. Blokların hər biri Fövqəladə Hallar Nazirliyi tərəfindən təchizatla təmin olunub. 
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin