Son zamanlar Rusiya televiziya kanalları Gennadi Züqanovun rəhbəri olduğu kommunist partiyasının təbliğinə gel-bol şəkildə yer ayırmağa başlayıblar. Hətta Rusiya Prezidenti Vladimir Putin ötən gün Züqanovu partiyanın yaradılmasının 30 illiyi ilə bağlı şəxsən qəbul edib.
Siyasi ekspertlərin fikrincə kommunizim ideyaları, komunistlər Avropa və Qərb dövlətləri üçün atom bombası qədər təhlükəlidir. Rusiya da bunu bildiyindən kommunizim kartlarını indi daha çox fırladır.
Görəsən, bununla Putin Qərbə hansı mesajı verir?
Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadəyə görə, Rusiya Prezidentinin ölkənin əsas müxalif partiyası olan RFKP-nin sədrilə görüşü həm Qərbə, həm də daxili auditoriyaya hesablanmış addımdır:
“Qərblə Rusiya arasında hazırda Ukraynada müharibə gedir. Bu əsasda Qərbdə çalışırlar ki, Rusiyada cəmiyyətin aparıcı qüvvəsi olan siyasi təşkilatlar arasında ciddi ziddiyyətlər, konfliktlər yaşansın. Belədə Rusiyanı daxildən parçalamağı düşünürlər.
Putin isə ölkənin müxalif liderini qəbul etməklə Qərbə ölkədə, cəmiyyətdə müharibəyə münasibətdə vahid birliyin olduğunu, vahid prinsiplər üzərində ideoloji mübarizənin aparıldığını göstərmək istəyib. Yəni Putin bununla demək istəyib ki, Qərbin Rusiyanı daxildən parçalamaq istəyi heç bir halda baş tutan deyil.
Digər tərəfdən, son zamanlar Rusiya cəmiyyətində Sovet İttifaqına olan nostalji hissləri artmağa başlayıb. Bu prosesdə də əlbəttə ki, Rusiya Federasiyası Kommunist Partiyasının müəyyən rolu vardır. İndiki şəraitdə kommunistlər Rusiya siyasi hakimiyyətinə sanki müttəfiq kimi qəbul olunurlar.
Bu fonda həmin görüş də bir tərəfdən cəmiyyətdə konsolidasiya yaratmağa, vətənpərvər əhval-ruhiyyəni gücləndirməyə hesablanmış addımdır”.
Amma ekspertin sözünə qüvvət olaraq bildirək ki, bəzi analitiklər də düşünür ki, Putin bununla Qərbə başqa bir mesaj da ötürür. Əgər çox basqı olarsa. Rusiya yenidən kommunistlərə təhvil verilə və Rusiya SSRİ ideyaları altında köhnə sərhədlərinə qayıda bilər.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
17:55 / 14.02.2023
Qərb üçün ikinci ATOM BOMBASI - Putin Züqanovla görüşməklə hansı mesajı verdi?
Hazırda oxunan: Qərb üçün ikinci ATOM BOMBASI - Putin Züqanovla görüşməklə hansı mesajı verdi?
Hazırda oxunan: Qərb üçün ikinci ATOM BOMBASI - Putin Züqanovla görüşməklə hansı mesajı verdi?
120436
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.