Türkiyədə baş verən zəlzələdən 8 gün sonra bir-birinə qovuşan ata və 4 yaşlı qızının görüntüləri gündəm olub.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hatay şəhərinin Antakya rayonunda baş verən zəlzələdən sonra ata Əhməd Ayan ilə 4 yaşlı qızı Gade Ayan bir-birini itiriblər.
Onlar xilas edildikdən sonra Adanada görüşüblər. Qızını qucaqlayıb sevinc gözyaşı tökən ata səlahiyyətlilərə təşəkkür edib.
Qeyd edək ki, baş verən zəlzələ nəticəsində Əhməd Ayanın həyat yoldaşı və 7 yaşlı övladı həlak olub.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media