Türkiyədə baş verən zəlzələdə həlak olan “Kahramanmaraş İstiklalspor” klubunun futbolçusu Saruhan Bolatın adı Giresundakı stadionlardan birinə verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Giresunda Yağlıdərə rayonunun bələdiyyə sədri Yaşar İbaş açıqlamasında deyib.
O bildirib ki, bundan sonra arenanın adı Saruhan Bolat rayon stadionu olacaq.
“Kahramanmaraş İstiklalspor” Türkiyənin həvəskarlar liqasında çıxış edir. Adıçəkilən komandanın daha iki oyunçusu Taner Kahriman və Hakan Doğan da dağıntılar altında qalaraq ölüblər.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədəki zəlzələ nəticəsində 31 643 nəfər ölüb, 80 278 yaralanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:59 / 13.02.2023
Zəlzələdə ölən futbolçunun adı stadiona VERİLDİ
Hazırda oxunan: Zəlzələdə ölən futbolçunun adı stadiona VERİLDİ
Hazırda oxunan: Zəlzələdə ölən futbolçunun adı stadiona VERİLDİ
120212
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.