Azərbaycandan göndərilən generatorlar Şanlıurfaya çatdı

Hazırda oxunan: Azərbaycandan göndərilən generatorlar Şanlıurfaya çatdı

120184

Kahramanmaraşda 10 vilayətdə baş verən və "əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələdən sonra qardaş ölkə Azərbaycan yardım göndərməyə davam edir.  

Bizim.Media xəbər verir ki, bu çərçivədə Azərbaycan Milli Məclisinin göndərdiyi 40 generator zəlzələdən zərər çəkmiş Şanlıurfaya çatıb.  

Azərbaycan hakimiyyətinin şirkətləri ilə gətirilən generatorlar Şanlıurfa valiliyi və AFAD-ın koordinasiyası ilə yaradılan yardım anbarına təhvil verilib.  

Milli Məclisin aparat rəhbərinin köməkçisi İlham Həsənov Türkiyənin 10 vilayətində baş verən zəlzələdən dərin kədərləndiklərini bildirib:  

“Türk xalqının ağır günlərində kədərini paylaşırıq. Türk xalqının yanında olmağı özümüzə borc bilirik. Prezidentlərimizin başlatdığı bu qardaşlıq münasibətləri bu çətin gündə də özünü göstərdi və bu dostluğun davamı olaraq, biz Azərbaycan Milli Məclisi olaraq öz yardımımızı etdik. Milli Məclisin sədri xanım Qafarovanın rəhbərliyi ilə göndərilən yardımı Türkiyədəki qardaşlarımıza çatdırdıq. Bütün Türkiyəyə başsağlığı veririk”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin