Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinə daxil olan mötəbər məlumatlara görə, ABŞ ordusu Rusiya və MDB ölkələrində terror aktları həyata keçirmək üçün “İslam Dövləti” (İŞİD) və “Əl-Qaidə” ilə əlaqəli cihadçı qrupların yaraqlılarını bir araya toplayır.
Bizim.Media xəbər verir ki, bu fikirləri rusiyalı jurnalist və hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko özünün Telegram kanalında yazıb.
Onun sözlərinə görə, bunun üçün əsasən Şimali Qafqaz və Mərkəzi Asiyadan olan insanlar əməkdaşlığa cəlb edilir.
İqor Korotçenko qeyd edib ki, bu ilin yanvar ayında Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirak təcrübəsi olan 60 terrorçu seçilib:
“Onlar hazırda Suriyada ABŞ-ın “Əl-Tanf” hərbi bazasında sürətləndirilmiş təlim keçirlər. Orada onlara əldəqayırma partlayıcı qurğuların hazırlanması və istifadəsi vərdişləri, eləcə də təxribat fəaliyyətinin aparılması üsulları öyrədilir. Yaxşı mühafizə olunan obyektlərə, o cümlədən xarici diplomatik nümayəndəliklərə hücumlar planlaşdırılıb”.
Hərbi ekspertin fikrincə, yaxın vaxtlarda yaraqlıların kiçik qrupu Rusiya və MDB dövlətlərinin ərazisinə gətiriləcək:
“Onlara diplomatlara, dövlət qulluqçularına, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və hərbçilərə qarşı terror aktları hazırlamaq və həyata keçirmək tapşırılacaq. Yaraqlılar beynəlxalq terror qruplaşmaları, o cümlədən “Hizb-ut-Təhrir”, “Camaat Ənsarullah” və “Özbəkistan İslam Hərəkatı”nın gizli hücrələri ilə əməkdaşlıq edəcəklər”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:06 / 13.02.2023
ABŞ Rusiya və MDB ölkələrində terror törədəcək? - İŞİD və “Əl-Qaidə”nin yaraqlılarını toplayır
Hazırda oxunan: ABŞ Rusiya və MDB ölkələrində terror törədəcək? - İŞİD və “Əl-Qaidə”nin yaraqlılarını toplayır
Hazırda oxunan: ABŞ Rusiya və MDB ölkələrində terror törədəcək? - İŞİD və “Əl-Qaidə”nin yaraqlılarını toplayır
120105
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.