Həyat yoldaşı Necati Şaşmazın 22 il həbsini istədi - SƏBƏB

Hazırda oxunan: Həyat yoldaşı Necati Şaşmazın 22 il həbsini istədi - SƏBƏB

12009

Türkiyə ilə yanaşı Azərbaycanda da sevilən məşhur aktyor Necati Şaşmaz həyat yoldaşı Nagehan Şaşmaz ilə boşanmaq üzrədir. Lakin tərəflər arasındakı gərginlik bitmək bilmir.

Bizim.Media Türkiyə KİV-nə istinadən bildirir ki, aktyorun həyat yoldaşı, Necatini onun səs yazısını icazəsiz yaymaqda ittiham edib.

Nagehan Necatini məhkəməyə verərək 22 il həbsini istəyib.

Ötən gün baş tutan məhkəməyə tərəflərin heç biri qatılmayıb. Onları vəkilləri əvəzləyib. Nagehanın vəkili bir daha Necati ilə bağlı iddiaları irəli sürüb.

Buna baxmayaraq, hakim Necatinin xeyirinə qərar qəbul edib və o, 22 illik həbsdən canını qurtarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin