“Rusiya Odessa, Xarkov və Kiyevi Ukraynadan geri alacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznı telekanalının efirində bildirib.
Kadırovun sözlərinə görə, NATO ölkələri xüsusi əməliyyat zonasında tanklardan istifadə edə bilməz, çünki Rusiyanın hava hücumundan müdafiə sistemi keyfiyyətli işləyir.
“Hər şey Rusiyanın Odessa, Xarkov və Kiyevi alacağı planına doğru gedir. Biz bu gün dövlət başçımızın çağırışı ətrafında birləşən bütün strukturların, millətlərin və dinlərin sayəsində yavaş-yavaş buna doğru irəliləyirik”, - deyə respublika rəhbəri vurğulayıb.
O, Ukrayna şəhərlərinin azad edilməsindən sonra Rusiyanın Polşaya çatacağına əmin olduğunu bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:29 / 12.02.2023
Kadırov: “Odessa, Xarkov və Kiyevi alacağıq” - VİDEO
Hazırda oxunan: Kadırov: “Odessa, Xarkov və Kiyevi alacağıq” - VİDEO
Hazırda oxunan: Kadırov: “Odessa, Xarkov və Kiyevi alacağıq” - VİDEO
120042
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.