Medvedev: Yüksək neft gəlirləri erası geridə qaldı

Hazırda oxunan: Medvedev: Yüksək neft gəlirləri erası geridə qaldı

120013
Rusiyanın baş naziri Dmitriy Medvedev “Vahid Rusiya”x9d Partiyasının XV qurultayının açılışında çıxış edərkən yüksək neft gəlirləri erası artıq geridə qalmasını bildirib.

“Xahiş edirəm, insanlara yerinə yetirə bilməyəcəyiniz sözlər verməyin. Biz, xüsusən büdcə gəlirlərinin aşağı olduğu bir vaxtda məsuliyyətli siyasi qüvvəyik. Yüksək neft gəlirləri dövrü artıq başa çatıb. Biz hamımız, xüsusən baş nazir olaraq mən, büdcəmizin vəziyyətinin nə yerdə olduğunu yaxşı bilirik”x9d, - Medvedev deyib.

Baş nazir həmçinin bildirib ki, dövlət orqanları yeni binaların tikintisindən imtina edəcəklər, məmurlar yeni ofislər barədə də hələlik yaddan çıxarmalıdırlar.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin