Bu yaxınlarda Türkiyənin Adana şəhərinə gedən və fevralın 6-da baş verən zəlzələ zamanı fəlakətə məruz qalan Azərbaycan vətəndaşı Rahib Rüstəmov Azərbaycanın Kültür və Həmrəylik Dərnəyi ilə əlaqə saxlayıb.
Bu barədə Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, dərnək onun yaşayış yeri və digər ehtiyaclarını qarşılayıb. R.Rüstəmov Akasya Tələbə Yataqxanasında məskunlaşıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Son məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb. Təbii fəlakət zamanı həmçinin 80 mindən çox insan xəsarət alıb.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:03 / 12.02.2023
Türkiyədə zəlzələdən sağ çıxan azərbaycanlı tələbə yataqxanasında məskunlaşdı
Hazırda oxunan: Türkiyədə zəlzələdən sağ çıxan azərbaycanlı tələbə yataqxanasında məskunlaşdı
Hazırda oxunan: Türkiyədə zəlzələdən sağ çıxan azərbaycanlı tələbə yataqxanasında məskunlaşdı
119993
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.