Hatayda 7 aylıq körpə dağıntı altından çıxarıldı

Hazırda oxunan: Hatayda 7 aylıq körpə dağıntı altından çıxarıldı

119955

Türkiyənin Hatay vilayətində axtarış-xilasetmə əməliyyatları zamanı 140 saatdan sonra 7 aylıq körpə dağıntılar altından sağ çıxarılıb.

Bizim.Media  xəbər verir ki, xilas edilən Həmzə adlı 7 aylıq körpə təcili yardımla xəstəxanaya aparılıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin