ABŞ-ın Los Anceles şəhəri yaxınlığında iki yüngül motorlu təyyarə göydə toqquşub.
xa0
APA-nın xəbərinə görə, bu barədə “Los Angeles Times”x9d qəzeti yazıb.
xa0
Şahidlərin sözlərinə görə, təyyarələrdən biri meqapolisin San-Pedro bölgəsində suya düşüb.
xa0
Hazırda xilasedicilər tərəfindən ərazidə axtarış işləri həyata keçirilir. Əməliyyata xa0yanğınsöndürənlər və sahil mühafizə xidmətinin qüvvələri cəlb edilib.
xa0
Qəzanın səbəbləri və təyyarələrin göyərtəsində olanların sayı barədə hələlik məlumat verilmir.

































































































