Bayden Polşada Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin birinci ildönümü münasibətilə çıxış edəcək

Hazırda oxunan: Bayden Polşada Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin birinci ildönümü münasibətilə çıxış edəcək

119934

ABŞ Prezidenti Cozef Bayden fevralın 20-22-də Polşada səfərdə olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb  

Bildirilib ki, Bayden səfər çərçivəsində, “Buxarest doqquzluğu” ölkələrinin rəhbərləri ilə bir araya gələcək, eləcə də Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin birinci ildönümü münasibətilə çıxış edəcək. 
Qeyd edilib ki, Ağ Ev rəhbəri polşalı həmkarı Anjey Duda ilə görüşəcək və görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, həmçinin Ukraynanın dəstəklənməsi və NATO-nun çəkindirici gücünün möhkəmləndirilməsi istiqamətində kollektiv səylər müzakirə ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin