Dünyanın ən böyük akvariumu zəlzələdən  sonra bu vəziyyətdədir - FOTO 

Hazırda oxunan: Dünyanın ən böyük akvariumu zəlzələdən  sonra bu vəziyyətdədir - FOTO 

119930

Kahramanmaraşda baş verən zəlzələlərdən təsirlənən dünyanın "Ən böyük təbii akvariumu" kimi tanınan Şanlıurfadakı tarixi Balıklıgölün suyunun rəngi dəyişib.  

Bizim.Media “Anadolu”ya istinadən istinadən xəbər verir ki, Balıklıgöl Ətraf Mühitin Mühafizəsi Vəqfi Direktoru Siracettin İlhan tarixi bir fəlakətlə üzləşdiklərini bildirib.  

O, Balıklıgöldə nəzarət və təftişləri davam etdirdiklərini deyib:

"Zəlzələlər səbəbiylə yeraltı suların çox aktiv olması səbəbindən su palçıqlıdır. Balıqlarımız sazan növü olduğu üçün bu cür vəziyyətlərə daha dözümlüdür. Bizim balıqların səhhətində heç bir problem yoxdur. Nəzarətlərimiz və yoxlamalarımız davam edir. Təbii fəlakətdir. İnşallah əvvəlki vəziyyətinə qayıdacağı günləri görəcəyik. İlk dəfədir ki, belə rəng görürük". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin