“Ðxa0БК”x9d-nın yazdığına görə, “Bloomberg”x9d-in hesabatında Venesuela ikinci ildir ki, dünyanın ən uğursuz iqtisadiyyatı reytinqində birinci yerdədir.
Moderator.az xəbər verir ki, agentliyin yaydığı məlumata görə, bu ölkədə görünməmiş inflyasiya ”“ 98,3% və işsizlik ”“ 6,8% dərəcəsi var. Rusiya isə siyahıda yeddinci yerdən 16-cı yerə düşüb.
63 dövlətdən ibarət siyahı indekslər asasında formalaşıb, inflyasiyanın işsizliyə olan nisbətində: indeks nə qədər çoxdursa, iqtisadi vəziyyət bir o qədər pisdir.
Siyahıda reytinq üzrə ikinci Argentinadır. “Kritik”x9d, “qırmızı”x9d zonaya həmçinin Cənubi Afrika Respublikası, Yunanistan, Ukrayna, İspaniya, Serbiya, Türkiyə, Braziliya və Qazaxstan daxildir.
Rusiya reytinqdə 14-cü yer tutur, İtaliya, Fransa, İsveç, Kanada və Avstraliyanı ötərək, ancaq Xorvatiya, Uruqvay və Kipri buraxaraq “sarı”x9d zonaya daxil olub. “Yaşıl”x9d zonaya inflyasiyanın işsizliyə olan nisbətində ən əlverişli ölkələr daxildir. Bu siyahıda Böyük Britaniya, Qonkonq, Danimarka, Çin, Cənubi Koreya, Tayvan, İsveçrə, Sinqapur və Tailand var.
Tərcümə etdi: Ramil Həsənli



































































































