Hərbi həkimlərimiz Kahramanmaraşda İŞ BAŞINDADIRLAR - FOTO 

Hazırda oxunan: Hərbi həkimlərimiz Kahramanmaraşda İŞ BAŞINDADIRLAR - FOTO 

119886

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə koordinasiyalı şəkildə hərbi həkimlərimiz növbəti 8 cərrahi əməliyyatı uğurla icra edib, zərərçəkmiş 62 nəfərə ambulator yardım göstəriblər. 

Ümumilikdə Azərbaycan Ordusunun təcrübəli tibb personalı tərəfindən 25 cərrahi əməliyyat icra olunub, baş vermiş zəlzələdən zərərçəkən 196 nəfəri isə müayinə edilərək onlara ambulator yardım göstərilib. 
Zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi, onların tezliklə sağalaraq normal həyata qayıtması üçün hərbi tibb personalımız qardaş ölkədə yüksək peşəkarlıqla fəaliyyətini davam etdirir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin